Sabiq səfir ölən qızından YAZDI: “Niyə onu eqoist kimi böyütmədim?” – FOTO 

Hazırda oxunan: Sabiq səfir ölən qızından YAZDI: “Niyə onu eqoist kimi böyütmədim?” – FOTO 

36855

"Axı nə üçün ona bu qədər sərbəstlik verdim? Nə üçün insanları sevməyi təlqin etdim? Nədən yalnız özünü fikirləşən bir eqoist kimi böyütmədim? Bəlkə onda bu fəlakət də baş verməzdi...” 

Bizim.Media bildirir ki, bunu Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev bir neçə ay bundan əvvəl vəfat edən qızı Humay Quliyeva haqqında danışarkən deyib.

Quliyev qeyd edilən düşüncələrin ona əzab verdiyini vurğulayıb. 
 
"Hər bir halda Humayla qürur duyuram. Yaradana mənə belə bir övladın valideyni olmaq xoşbəxtliyini bəxş etdiyi üçün daim minnətdaram”, - deyə sabiq səfir əlavə edib. 
 

Xatırladaq ki, Vilayət Quliyevin qızı  Humay Quliyeva bu ilin mart ayının 14-də dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.  


H. Quliyeva Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri olub. O, bir sıra nüfuzlu qurumlarda çalışıb. BP, Dünya Bankı, "Financial Times”, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib. (Sfera.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin