"Apple" smartfonları "WhatsApp" messencerində səsli mesajları mətnə çevirə bilmə imkanı əldə edəcək.
Bizim.Media xəbər verir ki, funksiya onlayn rejimdə işləyəcək, istifadəçinin özü mətnə çevrilməli olan hissəni özü seçəcək.
Səsli mesajlar üçün yeni seçim "Apple"ın nitqi tanıma texnologiyasına əsaslanacaq.
Xüsusiyyət "Apple" cihazları üçün eksklüziv olacaq. Hələ ki, funksiya mesajlaşma tətbiqinin beta-testçiləri üçün əlçatan olacaq.
Yeniliyin "Android" cihazlarında nə zaman işləyəcəyi barədə məlumat verilməyib (oxu.az).
Bizim.Media