Şəhid jurnalistlərin xatirəsinə müsabiqə ELAN OLUNDU

Hazırda oxunan: Şəhid jurnalistlərin xatirəsinə müsabiqə ELAN OLUNDU

36763

"MediaTürk TV" şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə türkdilli dövlətlərin jurnalistləri arasında “Qırmızı Mürəkkəb” TV jurnalistika müsabiqəsi elan edib.

Bizim.Media xəbər verir ki, müsabiqə iki nominasiyada - ən yaxşı telereportaj və ən yaxşı sənədli televiziya filmi nominasiyalarında keçirilir.

Süjet və sənədli televiziya filmlərinin məzmunu işğal, müharibə, münaqişə və təbii fəlakətlərin acı nəticələri, onların meydana çıxardığı insan faciələrini əhatə etməlidir.

Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan televiziya və online TV jurnalistləri iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün süjet və sənədli filmlər MP4 (H264 – 1920 x 1080) formatında wetransfer.com vasitəsilə [email protected] ünvanına göndərilməlidir.

İştirakçılar 2021-ci il yanvarın 1-dən 2021-ci il oktyabrın 30-na qədər yayımlanmış süjet və sənədli filmlərini müsabiqəyə təqdim edə bilərlər.

Sənəd qəbulu oktyabrın 30-də başa çatacaq. Qeyd edək ki, müsabiqənin qalibləri 8 Noyabr - Zəfər Günü elan olunacaq.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən AZƏRTAC-ın əməkdaşı M.İbrahimov və AzTV-nin operatoru S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində ermənilərin basdırdığı tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin