Noyabrın 28-29-da Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri aparılacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, dezinfeksiya işlərinə kommunal xidmətlərin 40 ədəd xüsusi texnikası və 2000 əməkdaşı cəlb olunacaq. 540 küçənin dezinfeksiya olunması nəzərdə tutulur.
Bakı Şəhər İcra Hakimiyyətindən bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Təranə Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:18 / 27.11.2020
Həftəsonu Bakıda növbəti dezinfeksiya işləri aparılacaq
Hazırda oxunan: Həftəsonu Bakıda növbəti dezinfeksiya işləri aparılacaq
Hazırda oxunan: Həftəsonu Bakıda növbəti dezinfeksiya işləri aparılacaq
3671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.