Ramin Bayramlının istefa ərizəsi QƏBUL EDİLDİ 

Hazırda oxunan: Ramin Bayramlının istefa ərizəsi QƏBUL EDİLDİ 

36692

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. 

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-də növbəti istefa – O DA ƏRİZƏSİNİ YAZDI - FOTO 


​​​​​​​O hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir", - agentlikdən qeyd olunub. 

Xatırladaq ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin