Noyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) yaranmasının 22 ili tamam olur. Bununla əlaqədar olaraq hakim partiyanın xüsusi tədbir düzənləyəcəyi gözlənilir. Maraqlıdır, partiya bu tədbirə müttəfiqi-Demokratik Azərbaycan Dünyası (DADP) partiyasını dəvət edibmi?
Moderator.az-a açıqlama verən DADP lideri Məmməd Əlizadə hakim partiyadan belə bir dəvət almadıqlarıni bildirdi:
“Hələ bu barədə qəti söz deyə bilmərik. Ola bilər ki, YAP bizi öz tədbirinə dəvət etsin. Hakim partiya bu gün çox güclüdür. Onun heç bir partiyanın dəstəyinə ehtiyacı yoxdur. Biz hər bir halda YAP-ın siyasətini dəstəkləyirik və onlarla əməkdaşlıq etməyə də hər zaman hazırıq.”
Xəyal Əzizov


































































































