Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlunun infarkt keçirməsi ilə bağlı xəbər yayılıb.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı manset.az-a açıqlama verən R.Mahmudov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Rəşid Mahmudovun oğlu XƏSTƏXANAYA yerləşdirildi - FOTO
“Onu yazan bir başı xarab oğlandır. Onun iki nömrəsi var, blok etmişəm. Gecə-gündüz zəng edib, zəhləmi tökür ki, görüşək. Deyir mən səni çox istəyirəm. Onun zənglərinə cavab vermədiyim üçün belə bir məlumat yazıb. Sağlıqdır, oğlum da sağlamdır. İnsanları bu cür məlumatlara məhəl qoymamağa çağırıram”.
Bizim.Media