Ədalət funksioneri MSK-nı ayı-seçkilikdə ittiham elədi...

Hazırda oxunan: Ədalət funksioneri MSK-nı ayı-seçkilikdə ittiham elədi...

36633

MSK-nın dünənki qərarını- Baş nazirin müavini təyin olunmasına görə Əli Əhmədovun deputat mandatından məhrum olunması şərh edən Ədalət Partiyasının sədr müavini Heydər Oğuz maraqlı iddia irəli sürüb.

 Onun Moderator.az saytına bildirdiyinə görə, bu gün Milli Məclisiin deputatları arasında xeyli iri məmur, universitet rektoru var. Halbuki Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsi bu cür yüksək vəzifə tutmuş şəxslərin deputat seçilməsini istisna edir: “Bunu MSK da bilməmiş deyil. Ən azı ona görə ki, Milli Məclisin deputatı İlyas İsmayılov bu barədə dəfələrlə məsələ qaldırıb, yazılı şəkildə ən yüksək hakimiyyət orqanlarına, o cümlədən MSK-ya müraciətlər göndərib. Təəssüf ki, indiyə qədər bu müraciətə nə müsbət, nə də mənfi cavablar verilməyib. İndi isə həmin MSK baş nazirin müavini vəzifəsinə təyin olunan Əli Əhmədovun müraciətinə baxıb Konstitusiyanın tələblərini əsas gətirərək onun xahişini yerinə yetirmişdir. Bununla da parlamentin qanuna müvafiq qaydada təşkil olunmadığını, deməli həm də seçkilərin saxtalaşdırdığını etiraf etmiş olub.” Heydər Oğuza görə, Əli Əhmədovun mandatına xitam verilməsi müsbət hal olsa da, ölkədə imtiyazlılar sinfinin formalaşdığını göstərir: “MSK-nın bu qərarı Əli Əhmədovun müraciətindən sonra çıxarması və onun digər deputatlara şamil olunmaması sübut edir ki, Konsitusiyanın müvafiq tələbləri yalnız məmurların istəyi ilə uzlaşacağı vaxt yerinə yetirilir. Bu isə idarəçi iradəsinin qanunlardan üstün tutulmasının ən bariz örnəyidir”. Həm parlamentdə, həm də hökumətin müxtəlif oraqanlarında təmsil olunan bu imtiyazlılar sinfinin əksəriyyətinin yaşının pensiya həddini keçdiyini diqqətə çatdıran Ədalət yetkilisinə görə, hansısa bir müəllimin, ya həkimin yaşı keçdiyinə görə işdən çıxarıldığı ölkədə bir neçə qocanın bir neçə kreslodan ikiəlli yapışmasını anlamaq mümkün deyil: “Halbuki idarəetmə işi məktəbdə dərs deməkdən, xəstəyə baxmaqdan daha çox enerji tələb edir. Üstəlik, bu məmur-deputatların bütün vəzifələri eyni anda müvəffəqiyyətlə yerinə yetirə bilmədikləri də müşahidə olunur. Təsadüfi deyil ki, MM-in iclaslarına belə qatıla bilməyən bu qocaların yerinə başqaları səs verirlər. Parlamentdə hətta düymə basmaq qədər yer ala bilməyən bu “əvəzedilməzlər” hansı qanunverici prosesdə iştirak edə bilərlər?” MSK-nın bu cür qanunsuzluğa göz yummasını təsadüfi olmadığını düşünən Heydər Oğuzun fikrincə, iri məmurların paralamentdə təmsilçiliyi demokratiyanın təməl prinsiplərindən sayılan hakimiyyət bölgüsünə ziddir və dövlət iradəsini öz əlində cəmləşdirmək istəyən zehniyyətin maraqlarına uyğundur: “Məqsəd, xalqın həqiqi iradəsinin hakimiyyətə daşınmasının qarşısını almaq və hakimiyyətin öz idarəçilik prinsiplərinə uyğun qanunlar çıxarmaqdır. Başqa təbirlə desək, hakimiyyət özü çaldığı havaya özü oynamaq istədiyindən belə vəziyyətin yaranmasında maraqlıdır.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin