Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyəyə getdi

Hazırda oxunan: Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyəyə getdi

36597

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Kərim Vəliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edildi - SƏRƏNCAM


Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir.

Səfər sentyabrın 14-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin