“ISR Holding” Türkiyədəki otelini kimə satdı?

Hazırda oxunan: “ISR Holding” Türkiyədəki otelini kimə satdı?

3652

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoyun sahibi olduğu "Ersoy Otelçilik" "Bodrum Hilton”u satın alıb.

Bizim.Media xəbər verir ki, Azərbaycana məxsus "ISR Holding"ə məxsus "ISR Turizm"i satın alan şirkət beləliklə "Bodrum Türkbükü"nün də sahibi olub.

Məlumata görə, Rəqabət Qurumuna satın alma işləri ilə bağlı edilən müraciətə də müsbət cavab gəlib. Qurum son toplantısında "İSR Turizm və Ticarət Anonim Şirkəti"nin "Ersoy Otelçilik” tərəfindən idarə edilməsinə icazə verib.

Mərkəzi Antalyada olan "Ersoy Otelçilik" bu satınalma ilə birlikdə sahib olduğu otel sayını üçə qaldırıb.

"Halen Voyage", "Otel Belek" və "Max Royal Kemer" otelləri ilə xidmət göstərən şirkət Hilton vasitəsi ilə Bodrumu da fəaliyyət sahəsinə aid etmiş olub.

Xatırladaq ki, azərbaycanlı iş adamı İsgəndər Xəlilov "İber Princess" adı ilə fəaliyyət göstərən oteli 2011-ci ildə alaraq "Hilton" adı ilə istifadəyə vermişdi. Azərbaycanda "Hilton Baku" və "Park Inn By Radison Blu" otellərinin sahibi olan holdinq Türkiyədə yalnız bir otellə fəaliyyət göstərirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin