Kürdəmirdə faciə ilə nəticələnən ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Bizim.Media xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili həmin yolda hərəkətdə olarkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə 72 yaşlı sərnişin Bakı şəhər sakini Minayə Duran qızı Əliyeva hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişinlər - 53 yaşlı Sevda Həbib qızı Əliyeva və 62 yaşlı Ballı Duran qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Kürdəmir rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
“Mercedes”də olan bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşının köməyi ilə rayon xəstəxanasına aparılıb.
Həlak olanın cəsədi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media