Ramin Hacılı Bəxtiyar Hacıyevi rüsvay etdi

Hazırda oxunan: Ramin Hacılı Bəxtiyar Hacıyevi rüsvay etdi

36456

 Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı  “Müsbət Dəyişikliklər” gənclər təşkilatının üzvü Bəxtiyar Hacıyevi haqqında şok məlumat yayıb. Moderator.az-ın Ramin Hacılının Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan Avropa Hərəkatının rəhbəri Bəxtiyar Hacıyevi iş axtaran 17 yaşlı qızı yoldan çıxarmaq cəhdində ittiham edib. Ramin Hacılı Reyhan Duman adlı qızın Bəxtiyar Hacıyevlə Facebookdakı yazışmalarını da skirinshot edərək paylaşıb.

 

Ramin Hacılı şəkilə yazdığı şərhdə bunları yazıb: “Məqsədimi açıq deyirəm. Adamı o qədər gözdən salacam ki, onu ciddiyə alıb mənə qarşı ittiham irəli sürülməsin. Azərbaycan dövləti tərəfindən mənə səfərlə bağlı heç bir sorğulama olmayıb. Əgər olunsa və ya hər hansı başqa maddə ilə həbs olunsam (ki, buna inanmıram) əsl səbəb bu olacaq.

 

Gələk bu Hacı Harvarda, mənim müsahibəmdən "içki təklif etdilər içdim" ifadəsini qabardaraq, qadınların erməni kəşfiyyatı tərəfindən hər zaman istifadə olunduğunu deyərək çatmaq istədiyi məntiqini bir zənglə bildim.

Baxın o içməz çəkməz Bəxtiyar 32 yaşındaykən 17 yaşlı iş axtaran məktəbliyə necə mollasayağı "podxod" edir. Markiz de Sadın canlandırdığı keşişləri xatırlayırsınız? Adam barəsində 3 belə azyaşlı qız faktı var və hələlik biri ilə kifayətlənirik. Bu PEDOFİLİZMDİ hə? Yəni demək istəyirsiz Hacı Bəxtiyar Hacıyev Harvard Pedofildi?! Bəli, bu adamı ciddiyə almayın. İctimai sektorda elə qız yoxdur ki, ona molla təcürübəsizliyi ilə girişməsin. Beləsinə deyirlər: "Xanım olar saatınıza toxunum?”

 

Bilirəm bu hal mənə baş ucalığı gətirmir. Mən belə şeylər yazmamalıyam statusuma görə. Lakin, səbir etdiyim 8 ilə son qoymaq qərarına gəldim. Artıq bundan sonra heç nə düşünmədən həqiqətləri deyəcəm. Tüpürüm o statusa da, imicə də ki, onun üçün həqiqətləri qurban verəcəm!”

Qeyd edək ki, bu yazışmanı Reyhan Duman adlı facebook istifadəçisi özü Ramin Hacılıya təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin