Fors-major hallarda sərhəddən keçmə QAYDALARI

Hazırda oxunan: Fors-major hallarda sərhəddən keçmə QAYDALARI

36425

Fors-major və digər təxirəsalınmaz hallarda sərhəd mühafizə və gömrük orqanlarının qarşılıqlı münasibətləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nda qeyd olunub.

Qaydalara əsasən, qəza və ya digər qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş vermiş hadisə ilə əlaqədar sərhəd mühafizə və gömrük orqanları qarşılıqlı surətdə məlumatlandırma işini həyata keçirirlər.

Hadisənin nəticələrinin aradan qaldırılması üzrə sərhəd mühafizə və gömrük orqanları tərəfindən aşağıdakı birgə tədbirlər həyata keçirilir: 

- ziyan dəymiş şəxslərin, malların və nəqliyyat vasitələrinin mühafizəsinin təşkil edilməsi; 

- hadisə yerinə gələn xilasedici, yanğınsöndürən və digər xüsusi texnika və şəxslərin maneəsiz dövlət sərhədindən buraxılış məntəqələrinə (DSBM) daxil olmaları üçün şərait yaradılması.

- Müharibə, təbii fəlakətlər və digər fövqəladə hallar, habelə epidemiyalar, epizootiyalar zamanı sərhəd mühafizə və gömrük orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir. 

- Xəstə və ya sağlamlıq imkanları məhdud olan şəxslərin, hamilə qadınların, ölmüş şəxslərin tabutdakı meyitlərinin və ya urnadakı küllərinin dövlət sərhədindən keçirilməsi sərhəd mühafizə və gömrük orqanları tərəfindən qarşılıqlı surətdə əlaqələndirilməklə, növbədənkənar qaydada təmin edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin