Azərbaycanda sosial şəbəkələr bağlana bilər? - DETALLAR

Hazırda oxunan: Azərbaycanda sosial şəbəkələr bağlana bilər? - DETALLAR

36404

Kütləvi qırğın silahları kimi təhlükəli olan kibercinayətkarlıq qlobal problemə çevrilib. Yeni texnologiyaların inkişafı dövründə kibercinayətlər Azərbaycanda da aktullaşıb.

Dövlətlərarası münasibətlərdə olduğu kimi insanların şəxsi həyatlarına müdaxilə, onların özəl həyatının ictimailəşdirilməsi kimi məsələlərdə də kibercinayətkarlıq təhlükəli hal alıb.Ona qarşı mübarizə aparılsa da, bəzən çərçivədən və müəyyən normalardan çıxma da baş verir.

İKT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya açıqlamasında deyib ki, kibercinayətkarlığa qarşı Azərbaycanda qanun mexanizmi olsa da, bu baza tam işləmir:

“Texnalogiya tərəfinə gəlincə, Azərbaycanın özünəməxsus sosial şəbəkələri olmadığı kimi beynəlxalq platformaların da Azərbaycanda ofisləri olmadığı üçün bizim ora təsir imkanlarımız yoxdur.


Bu səbəbdən həm böyük bir investisiya itiririk, həm də onların burada ofisi yoxdur deyə Azərbaycan qanunvericiliyinə tabe deyillər. Onlara heç bir şəkildə birbaşa diktə edə bilmirik. Təbii ki, qurumarımızın, xüsusilə Rabitə və Yüksk Texnalogiyalar Nazirliyinin tərkibində “Facebook” və digər böyük sosial şəbəkələrlə əməkdaşlıq var.

Oradan müəyyən şeyləri silmək və oğurlana səhifələri geri qaytarmaq olur. Amma bu, o demək deyil ki, onlar bizə tabedirlər və Azərbaycan qanunvericiliyinə görə hərəkət edirlər”.


Ekspert bu məsələdə sadəcə bir neçə çıxış yolunun olduğunu qeyd edib:

“Sosial şəbəkələri Azərbaycanda bağlamaq, tamamilə dözülməz haldır və qəbuledilməzdir. Bununla demokratik hüquqları əngəlləmiş oluruq. Aktual olan insanların sosial şəbəkə və texnalogiyalarla davranış qaydalarında mədəniyyət amilinin şuurlarında oturtmaqdır.

 

MÖVZU İLƏ BAĞLI:

"İnstagram" bu istifadəçilərinə QADAĞA qoyacaq - SƏBƏB


İnsanlar bu platformalarda hansı proqram təminatlarından, viruslardan və ya kiberhücumlardan özlərini necə qorumalıdırlar?

Bunun haqqında cəmiyyətdə daim maarifləndirmə getməlidir. O ki qaldı bu günlərdə sosial şəbəkələrdəki qeyri-etik videoların yayılmasına və onların qarşısının alınmasına, bu məsələdə insan faktoru var. İstənilən insan sosial şəbəkədə və ya normal həyatda özünü idarə edə bilmirsə, digər insanlar tərəfindən faktlaşdırılırsa, bunun sosial mediada yayılma mümkünlüyü var.

Bu təhlükələrdən qorunmaq üçün sosial şəbəkə hər kəsə şifrələrdən istifadə imkanı verir. Bu şifrələrin bütün növlərindən istər telefonlarda, istərsə də kömpüterdə yararlanmaq lazımdır”



Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin