Tədrisin ənənəvi formada başlanması haqda qərar verilsə də, pandemiya şəraitində dərslərin necə təşkil olunacağı ilə bağlı suallar hələ də qalmaqdadır.
Məlumdur ki, Bakının mərkəzində yerləşən məktəblərdə siniflərdə şagird sayı çoxdur. Hətta uşaq sayının 40-dan çox olduğu siniflər də var.
Ara məsafəsinin qorunması üçün dərslər necə təşkil olunacaq? Siniflərin bölünməsi, ikinövbəli sistemə keçidlə bağlı qərar verilə bilərmi?
MÖVZU İLƏ BAĞLI:
Təhsil naziri ƏMR imzaladı - Dərs saatı həftədə...
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında bildirib ki, pandemiyada dövründə tədrisin təşkili ilə bağlı bütün tədbirlər nəzərə alınacaq və dərslər ona uyğun keçiriləcək:
“Bizim vahid standartlarımız olacaq, burada məsafənin qorunması və s. məsələlər nəzərə alınacaq”.
Nazirlik sözcüsü bildirib ki, həmin qaydalar tədris ili başlanmazdan əvvəl məktəblərə təqdim olunacaq.
Xatirə Nəsirli, Bizim.Media