Sumqayıtda nazirin əmrinə qarşı aksiya

Hazırda oxunan: Sumqayıtda nazirin əmrinə qarşı aksiya

36358
Hazırda Sumqayıt şəhərində yerləşən 24 saylı orta məktəbdə şagird valideyinləri etiraz aksiyası keçirirlər. 

 “Musavat.com”un məlumatına görə, valideyinlərin etirazına səbəb təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru Mehriban Nəcəfovanın işdən çıxarılmasıdır. Valideynlər övladlarını məktəbdən götürərək, dərsləri boykot ediblər. Onlar tələb ediblər ki, məktəb direktoru M.Nəcəfova işinə bərpa olunsun. Aksiya ilə bağlı əraziyə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Amma, onlar valideynlərin etiraz askiyasının qarşısını ala bilməyiblər.

Hazırda məktəbin akt zalında etiraz edən valideynlərlə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdirinin görüşü keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin