DSX sərhədi pozan qaraçıları saxladı - FOTO

Hazırda oxunan: DSX sərhədi pozan qaraçıları saxladı - FOTO

36345

Sentyabrın 7-də Gürcüstandan Azərbaycan istiqa¬mətində dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda dövlət sərhədini pozmağa cəhd göstərən 3-ü azyaşlı uşaq olmaqla, 10 nəfərdən ibarət qaraçı milliyyətindən olan şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı onlardan 2 nəfərin eyni cinayət əməlini törətdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləş-dirilib.
 

MÖVZU İLƏ BAĞLI:

DSX axtarışda olan 278 nəfəri saxladı


Faktla bağlı cinayət işi başlanılıb, azyaşlılar istisna olmaqla, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar, hazırda istintaq tədbirləri davam etdirilir.

Ümumiyyətlə, son dövr ərzində qaraçı milliyyətindən olan şəxslərin dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə dövlət sərhədini qanun¬suz keçməyə cəhd göstərmə hallarının artması müşahidə olunur.

2020 və 2021-ci illər ərzində Azərbaycan-Gürcüstan və əks istiqa¬mətdə dövlət sərhədini 34 halda pozmuş 140 nəfər saxlanılıb.

Bu şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb, 63 şəxs isə azyaşlı olduqları üçün aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil veriliblər.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin