Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun övladları Ağdamda onun məzarını ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, Allahverdi Bağırov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib.
Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə şəhid qəhrəmanımız sancıb. 1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.
1992-ci ilin 12 iyunda Allahverdi Bağırov Naxçıvanikdən geri qayıdarkən minaya düşərək həyatını itirib.
Bizim.Media