Azərbaycanda “Zəfər xalçası” hazırlanacaq

Hazırda oxunan: Azərbaycanda “Zəfər xalçası” hazırlanacaq

36307

“Azərxalça” ASC-nin elan etdiyi “Zəfər” kolleksiyası müsabiqəsinin seçmə mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Xatuna Abdullayeva bildirib.

Onun sözlərinə görə, müsabiqəyə müraciət etmiş çoxsaylı gənclərdən yalnız 14 nəfər 1 ay davam edəcək təlimlərin iştirakçısı olmaq şansı qazanıb:
 

“Mərhələni keçən gənclərə yerli və xarici təlimçilər iki mərhələli – həm nəzəri, həm də praktik yöndə təlimlər keçəcək. Qalib gənclərlə birlikdə “Zəfər” kolleksiyası hazırlanacaq.


Təlimçilər sırasında Eldar Mikayılzadə, Şirin Məlikova, Çingiz Babayev, Məmmədhüseyn Hüseynov kimi yerli, profossor Karim Mirzəyev, Ali Nasir kimi xarici tanınmış incəsənət xadimləri var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin