Ramiz Göyüşovun şikayəti əsasında iki jurnalist saxlanıldı – ÖZƏL - FOTO

Hazırda oxunan: Ramiz Göyüşovun şikayəti əsasında iki jurnalist saxlanıldı – ÖZƏL - FOTO

36306

Bir müddət əvvəl intim görüntüləri yayılan Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında iki jurnalist həbs edilib.

Bizim.Media xəbər verir ki, məlumata görə jurnalistlər Pərvin Abışova və Mahir Xəttab Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

Daha sonra Pərvin Abışova buraxılsa da, hazırda M.Xəttab hələ də idarədə saxlanılır.
 

MÖVZU İLƏ BAĞLI:

Məmurlar bizə, yoxsa biz məmurlara örnək olmalıyıq ?! – GÜNDƏM


Saxlanılan şəxsin vəkili Mehman Muradlı Bizim.Media-ya açıqlamasında bildirib ki, hələ ki, müvəkkili ilə görüşə bilməyib.

“Bu gün saat 14.00-da Mahirlə görüşəcəyəm. İttihama gəlincə, guya o, hədə-qorxu gəlməklə bir çox adamları şantaj edib. Bu ittihamla saxlanılıb. Görüşdən sonra lazım olan məlumatları verəcəm”.

Qeyd edək ki, 2 gün əvvəl Ramiz Göyüşovun intim videosu yayılıb. Görüntülər cəmiyyət arasında böyük müzakirələrə səbəb olub.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin