Fazil Talıblı: “Ucuz ət xaricdən gətirilir”

Hazırda oxunan: Fazil Talıblı: “Ucuz ət xaricdən gətirilir”

36277

“Bizim Yol” qəzetinin bugünkü sayında “Standartlaşdırma Komitəsi əhalini necə zəhərləyir?" başlıqlı yazı dərc olunub. Yazının müəllifi dükanlarda satılan və qiyməti 4-5 azn olan kolbasaların mənşəyi bəlli olmayan keyfiyyətsiz məhsullardan hazırlandığını və  komitə tərəfindən onlara AZS standartının verildiyini bildirib. Ancaq komitədə bu ittihamlarla razılaşmırlar.

Moderator.az- açıqlama verən komitənin mətbuat katibi Fazil Talıblı “Bizim Yol” qəzetində gedən bu yazını qərəzli  adlandırdı:

“Çox təəssüf ki, bu gün mətbuatda jurnalistikadan bixəbər insanlar mövcuddur.  Həmin jurnalist qoy onda desin görək o kolbasanın tərkibi nədir? Bu gün ölkəmiz dünyanın bir çox ölkələri ilə açıq ticarət əlaqələri yaradıb. Kolbasa satışı ilə məşğul olan insanlar xarici bazara çıxaraq oradan ölkəmizə ucuz qiymətə ət gətirirlər. Biz də komitə olaraq bu əti yoxlayıb  standartlarımıza uyğun olanlara sertifikat veririk”.

 Xəyal Əzizov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin