İntim kompromatlar müharibəsi – Sırada KİMDİR?

Hazırda oxunan: İntim kompromatlar müharibəsi – Sırada KİMDİR?

36248

Son zaman sanki trend halı almış intim görüntüləri mediaya sızdırılan siyasətçilər ölkə gündəmini zəbt etməyə davam edirlər. Belə görüntülərin təsadüfən, bəzilərinin isə bilərəkdən yayılması barədə də az söz- söhbət gəzmir.
 

Bütün yayılan kompromatlarda üslubun da eyni olması kifayət qədər mübahisə mövzusuna çevrilib.


Bir necə gün öncə YAP-nın Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun yayılan qalmaqallı intim videosu məsələni yenidən aktuallaşdırıb.

Gedən proseslərdən də görünür ki, şantaj xarakteri daşıyan bu videolar müəyyən bir təşkilatlanmış qrup tərəfindən edilir. Ən təəssüf doğuran məqam isə bu cür halların alınması üçün cəza mexanizminin çox zəif işləməsidir. Bütün hallarda şantaj dövlət cinayət məcəlləsinə görə qadağandır, o yola əl atanlar isə mütləq şəkildə cəzalandırılmalıdır.

Bu oyunların bir silaha çevrilib, siyasi alət kimi istifadə edilməsi isə göz qabağındadır. 
Ramiz Göyüşovun seks qalmaqalının izi soyumamış gündəm digər intim görüntüləri ilə silkələnib. Bu dəfə də Gürcüstan azərbaycanlısı, deputat Ruslan Hacıyevin analoji videosu sosial şəbəkələrdə meydan sulayıb. İndi də deputatın intim görüntüləri müzakirə obyektinə çevrilib.

Bizim.Media məsələnin aktuallığını nəzərə alaraq, indiyə qədər adı seks qalmaqalında hallanan bəzi siyasətçi və ictimai xadimləri təqdim edir.

Bir müddət əvvəl sosial şəbəkələrdə Fuad Muradov adlı profildən Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun tualetdə jurnalistlə dialoqunu əks etdirən intim fotolar yayılıb. Yayılan görüntülər haqqında o, yayılan şantaj xarakterli xəbərləri şər və böhtan adlandırıb.

75 yaşlı sabiq deputat, xalq yazıçısı, professor Hüseynbala  Mirələmov da cəmiyyətdə intim qalmaqalı ilə məşhur olan siyasətçilərdəndir. Hadisə ilə bağlı açıqlamasında isə Mirələmov bildirib ki, videonu düşmən qüvvələr şantaj məqsədi ilə yayıb.

Bu qalmaqalların səngidiyi bir zamanda daha bir siyasi fəaliyyətlə məşğul olan şəxşin intim görüntüləri ilə gündəm yenidən çalxalandı.

Bu dəfə intim görüntüləri yayılan “Yeni dövlətə dəstək” ictimai birliyinin sədri Nəbi Qafarov oldu. Görünütüdə bir qadınla yataqda çılpaq yaxalanan QHT sədri sonradan hadisə barədə açıqlamasında bildirib ki, saytlarda yayılan xəbərlər həqiqəti əks etdirmir: “Mən kürəkənim tərəfindən yox, öz muavinimin təşkil etdiyi adamlar tərəfindən döyülmüşəm. Qızımın baldızı ilə eyş-isrət məsələsi tamamilə iftiradır”.

Qeyd edək ki, onun intim videosunda yer alan qadının qızının baldızı olduğu iddia olunurdu.

Mövzu ətrafında sosial şəbəkələrdə də çoxlu müzakirələr aparılır. Müzakirələr zamanı deyilənlərə inansaq, siyasi və ictimai həyatda tanınan çox sayda adamın bu şəkildə kompromatları mövcuddur. Əgər onların hamısı açılsa, gərək xeyli deputat, məmur, ictimai xadim kreslosu ilə vidalaşmalı olsun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin