ABŞ -da aparılan araşdırmada koronavirusa yoluxan və iki doz Moderna peyvəndi qəbul edən insanlarda virusa qarşı güclü toxunulmazlığın yaranması ortaya çıxıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, antikorların bu insanlarda çox yüksək olmasına baxmayaraq, hələ ortaya çıxmamış mutasiyalara qarşı da qoruyuculuğu məlum olub.
MÖVZU İLƏ BAĞLI:
18 yaşdan aşağı şəxslərin peyvəndlənməsi barədə AÇIQLAMA - VİDEO
ABŞ -ın Nyu -York şəhərindəki Rokfeller Universitetinin mütəxəssisləri koronavirusa qarşı toxunulmazlığın səviyyəsi və müddəti ilə bağlı apardıqları araşdırmada bu qənaətə gəliblər.
Mütəxəssislər, həm korona virusu olanların, həm də peyvənd edilənlərin immun vəziyyətini bu ikisindən birini yaşayan insanlarla müqayisə ediblər.
Belə ki, koronavirusa yoluxduqdan sonra iki doza Pfizer, yaxud Moderna peyvəndlərindən birini alanlarda fövqəlinsan toxunulmazlığı müəyyən edilib. Sözügedən insanlarda korona virusuna qarşı inkişaf edən antikorların və “T” hüceyrələrinin səviyyəsinin normaldan daha yüksək olduğu ortaya çıxıb.
Alçina Amilqızı, Bizim.Media