Kirayə bazarında PARTLAYIŞ gözlənilir? – SƏBƏB

Hazırda oxunan: Kirayə bazarında PARTLAYIŞ gözlənilir? – SƏBƏB

36216

Məlum olduğu kimi, sentyabrın 29-dan ali təhsil və orta ixtisas təhsil müəssisələrində ənənəvi təhsilin başlanması ilə bağlı qərar verilib.

Bəs, ali və orta ixtisas təhsil müəssisələrində dərslərin başlanması, bununla əlaqədar olaraq paytaxta tələbələrin axınının gözlənilməsi kirayyə bazarına təsir edibmi?
 

MÖVZU İLƏ BAĞLI:

Ənənəvi təhsilə QƏRAR VERİLDİ - Emin Əmrullayev  


Sosial şəbəkələrdə artıq bu ajiotaj hiss olunur. İstifadəçilər artıq Bakıdakı kirayə mənzillərə yaxın düşə bilməməkdə, müxtəlif gülməli və qəribə şərtlər altında evlərin təklif olunduğunu yazırlar. Kirayədarlar tərəfindən “qazdan-sudan çox istifadə etmə”, “evin təmiri sizin boynunuza”, “ayaq yolu limitlədir, tutulsa, özünüz təmir etdirəcəksiniz” kimi iddialar səsləndirilir. Qiymətlərdə isə ən azı 50% artım olduğu da qeyd olunur 

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, dərs ilinin başlanması ilə əlaqədar olaraq qiymət artımı qaçılmazdır: 

“Ümumi yanaşdıqda isə bu artım mövsümü xarakter daşıyır, hər il tədrisin başlanması ilə əlaqədar olaraq qiymət artımı baş verir, tədris ili sona yetdikdə isə qiymətlər aşağı düşür”.

Bununla belə ekspert hələ ki, bazarda ciddi dəyişikliyin olmadığını bildirib:

“Hələ ki, şəhərə axın və təlabatda artım olmadığından bazarda ciddi dəyişiklik baş verməyib”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin