Şimal sərhədimizdə qalan yüzlərlə vətəndaş Azərbaycana QAYITDI - ÖZƏL

Hazırda oxunan: Şimal sərhədimizdə qalan yüzlərlə vətəndaş Azərbaycana QAYITDI - ÖZƏL

36117

Rusiyaya gedən və pandemiya səbəbindən ölkəyə qayıda bilməyən soydaşlarımızın daha bir dəstəsi Azərbaycana buraxılıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan -Rusiya sərhədində yerləşən Qusarın Samur keçid məntəqəsində Azərbaycan vətəndaşları ən əvvəl sərhədçilərimiz tərəfindən yoxlanılaraq əraziyə daxil olub.  
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyaya qaçaqmal daşıyan ermənilər bu dəfə tutuldu – GÖMRÜYÜN İNFORMASİYASI


TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası ölkəyə gələn Azərbaycan vətəndaşlarından Covid-19 -qarşı test nümunəsi götürüblər.

Qeyd edək ki, Test edilən şəxslər bir günlük karantinə alınıblar. Test nümunəsinin cavabı pozitiv çıxanlar Quba regional Covid-19 xəstəxanasına yerləşdiriləcək, nəticəsi neqativ çıxanlar isə gedəcəkləri ünvana yola salınacaqlar. 

Məlumata görə, sentyabrın 7-də 113, bu gün isə 120 nəfər Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gəlib. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin