10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkinin məhkəməsi keçirilir

Hazırda oxunan: 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkinin məhkəməsi keçirilir

36080

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəməsi keçirilir.

Bizim.Media-nın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Nərmin Quliyevanın yaxınlarının növbəti dəfə dindirilməsi olacaq.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Nərminin anası qızının qətlində onu təqsirli bildi - MƏHKƏMƏ


2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin