Cinayət işlərinə xitam verilən hərbçilərdən İlham Əliyevə Müraciət - ÖZƏL VİDEO

Hazırda oxunan: Cinayət işlərinə xitam verilən hərbçilərdən İlham Əliyevə Müraciət - ÖZƏL VİDEO

36078

Hərbi xidmət əleyhinə cinayət törətməkdə təqsirli bilinən daha 3  hərbi qulluqçu bağışlanıb.

Bu barədə Bizim.Media-ya cinayət işlərinə xitam verilən hərbçilərin özləri məlumat veriblər. Redaksiyamıza ünvanladıqları videomüraciətlərində bağışlandıqları üçün ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.

Bu yüksək humanist addım nəticəsində öz səhvlərini anladıqlarını və istənilən vaxt Ali Baş Komandanın çağırışına hazır olduqlarını bildiriblər.

Onlar eyni zamanda bu humanist addım üçün Baş prokurora və Hərbi Prokurorluğa da öz minnətdarlıqlarını ifadə ediblər. 

44 günlük Vətən müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edən və azad olunmasına görə Prezidentin sərəncamı ilə medalla təltif olunan Gəray Qadir oğlu Qocayev hərbi yerinə gecikmə səbəbindən danışıb:

“Şəxsi problemlərimdən dolayı məzuniyyətdəydim. Xidmət yerimə qayıdarkən yolların bağlı olması səbəbindən gecikmişəm. Hazırda barəmdə Hərbi Prokurorluqda aparılan cinayət işinə xitam verilib.

Barəmdə müsbət qərarın qəbul olunmasına görə Cənab Ali Baş Komandana, Respublikanın Baş Prokurorluğuna və Hərbi Prokurorluğa minnətdarlığımı bildirirəm”, deyə hərbi qulluqçu əlavə edib.
 


Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Manaf Əkbər oğlu Muradov anasının səhhəti ilə bağlı hərbi hissəsini özbaşına tərk edib:

“Anam parkinson xəstəliyindən uzun müddətdir ki, əziyyət çəkir. Onun səhhətindən narahat olduğum üçün hərbi hissəni icazəsiz  tərk etmişəm. Haqqımda cinayət təqibi aparılıb. Cənab prezident başda Siz olmaqla, Respublika Prokurorluğuna və Hərbi Prokurorluğa öz təşəkkürümü bildirirəm. Hərbu qulluqçulara diqqət və qayğınız daim bizi sevindirir”. Manaf Muradov Suqovuşanın azad olunması və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. 
 


Lənkəranda doğulan, hazırda isə Füzulidə N saylı hərbi hissədə müddətdən artıq xidmət keçən Məhəmməd Bəhruz oğlu Həsənzadə Vətən müharibəsindən sonra ailəsindəki müəyyən problemlərdən dolayı olduğu hərbi hisssəni özbaşına tərk edib.

“Heç kimdən icazə almadan və xəbər vermədən hərbi hissəsini tərk etmişəm. Barəmdə təhqiqat bölməsində araşdırma təyin edildi. Lakin araşdırma orqanı döyüşlərdə iştirakımı və şücaətimə görə Prezident tərəfindən təltiflərimi, eləcə də ailə vəziyyətimi nəzərə alaraq cinayət işinə xitam verib.

Mənə edilmiş bu güzəştə görə öncə ölkə başçısına, Respublika Prokurorluğuna və Hərbi Prokuorluğa  dərin minnətdarlığımı ifadə edirəm. Əmin edirəm ki, daim vətənin yanında olacağam və sədaqətlə dövlətimə və millətimə xidmət edəcəyəm".
 


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin