6 sentyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmış, iş üzrə şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və zəruri istintaq hərəkətləri həyata keçirilib.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda iş üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 08.09.2021
Hərbçimiz intihar etdi - FOTO
Hazırda oxunan: Hərbçimiz intihar etdi - FOTO
Hazırda oxunan: Hərbçimiz intihar etdi - FOTO
36069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.