Keçmiş icra başçısının arvadının ölümündən xəbəri yox imiş

Hazırda oxunan: Keçmiş icra başçısının arvadının ölümündən xəbəri yox imiş

36062

Bu gün Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada koronavirusdan vəfat edən Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin həyat yoldaşı da bir il öncə COVID-19 virusundan vəfat edibmiş.

Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, N. Quliyev saxlanıldığı Gəncə İstintaq Təcridxanasında bir neçə gün öncə halı pisləşib və koronavirus əlamətləri özünü göstərib.
 


MÖVZU İLƏ BAĞLI:

Həbsdə olan sabiq icra başçısı vəfat etdi - FOTO


Dünən N. Quliyevin vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. Orada saturasiyası çox aşağı olub, bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Məlumata görə, N. Quliyevin həyat yoldaşı da təxminən bir il əvvəl koronavirusdan vəfat edib.

Lakin onun ölüm xəbəri Nizaməddin Quliyevdən gizlədilib. N.Quliyevin ölüm gününə kimi arvadının vəfatından xəbəri olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin