Sentyabrın 13-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin COVID-19 infeksiyası əleyhinə növbəti vaksinasiyası həyata keçiriləcək.
MŞ-dən Bizim.Media-ya verilən məlumata görə, Şura bu barədə TƏBİB-lə razılığa gəlib.
Qeyd edək ki, MŞ-də jurnalistlərin sonuncu vaksinasiyası 2021-ci ilin avqustun 5-də keçirilib. Həmin gün vaksinin ilk dozası tətbiq edilmiş jurnalistlər sentyabrın 13-də ikinci dozanın tətbiqi üçün yaxınlaşa bilərlər.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda yeniyetmələrin vaksinasiyasına BAŞLANILDI
Eyni zamanda media təmsilçilərinin COVID-19 infeksiyası əleyhinə peyvəndin ilk dozası üçün də müraciət etmələri mümkündür.
KİV redaksiyaları yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamalıdırlar.
Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
Adı, soyadı, atasının adı;
Doğum tarixi;
Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).
Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected] və [email protected] ünvanlarına da (PDF faylda skan olunmuş) göndərilə bilər.
Bizim.Media