Azərbaycanlı diaspor nümayəndəsindən Abbas Abbasova şok İTTİHAM

Hazırda oxunan: Azərbaycanlı diaspor nümayəndəsindən Abbas Abbasova şok İTTİHAM

36053

Abbas Abbasovun son olaylarda Orxan Zeynalovla bağlı verdiyi açıqlama Rusiyada yaşayan azərbaycanlıların və diaspor təşkilatlarının ciddi qəzəbinə tuş gəldi.

Bunu Avropa.info-ya açıqlamasında Rusiyada yashayan Turkdilli Xalqlara Dəstək Fondunun Bakı numayəndəsi Mirkazim Seyidov deyib. 

O, deyib ki, A. Abbasov Orxan Zeynalova qarşı qeyri-ədalətli mövqe nümayiş etdirərək cinayətkar, ata-anasından küsən bir küçə usağı kimi qələmə verməklə, əslində, azərbaycanlıları aşağılmış oldu: “Bu A.Abasov kimi bir siyasətçiyə yaraşan hərəkət deyildi”. 

M. Seyidov hesab eir ki, A.Abbasovun bu hərəkətini Rusiya hakimiyyətinin törətdiyi vəhşiliklərə haqq qazandırmaq və siyasi dəstəkdən başqa bir şey deyildi. “A. Abbasov Rusiyanın bu mövqeyini dəstəkləməsi, əslində, öz “ağaları” qarşısındakı bir hesabatı idi. A.Abbasovun bu hərəkətinin açıq adı budur”,- deyə o vurğulayıb.

M.Seyidov əlavə edib ki, A.Abbasov bu hərəkəti ilə bir yandan oradakı diasporun parçalanmasına çalışdı: “Bundan sonra heç kim onu və onun kimi “Milyarderlər İttifaqında” toplaşanları özlərinin nə lideri, nə də himayədarı kimi qəbul etməyəcək. O bununla “Milyarderlər İttifaqı”nın sonuna çıxmış oldu”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin