Tərtər sakinləri görüşə gələn icra başçısını niyə QOVDULAR? - VİDEO 

Hazırda oxunan: Tərtər sakinləri görüşə gələn icra başçısını niyə QOVDULAR? - VİDEO 

36043

Tərtərdə icra başçısı ilə sakinlər arasında qalmaqal yaşanıb.

Rayonun Seydimli kəndində sakinlərlə görüşən İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onların hədəfinə tuş gəlib.

Sakinlərinin səsləndirdiyi suallara cavab verə bilməyən və onlara heç bir problemlərinin həll olunmayacağını deyən, üstəlik kobud davranış sərgiləyən icra başçısı ilə sakinlər arasında insident baş verib. Bundan hiddətlənən kənd sakinləri isə icra başçısı Müstəqim Məmmədovu kənddən qovublar.

Məsələ ilə bağlı Bizim.Media Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb.

İcra başçısı Müstəqim Muradovun köməkçisi saytımıza açıqlamasında məlum insidentlə bağlı bir qədər sonra ictimaiyyətə açıqlama verəcəklərini deyib. 

Həmin görüntüləri sizlərə təqdim edirik:

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin