COVID pasportumuzla hansı ölkələrə gedə bilərik? – SİYAHI

Hazırda oxunan: COVID pasportumuzla hansı ölkələrə gedə bilərik? – SİYAHI

36038

Pandemiya dövründə hər bir ölkə özü üçün giriş qaydaları tərtib edib.

Azərbaycanda verilən COVID pasportu ilə hansı ölkələrə səyahət etmək mümkündür?

Bizim.Media Azərbaycan vətəndaşlarının ən çox səyahət etdikləri ölkələrin pandemiya dövrü üçün qoyduğu giriş qaydalarını araşdırıb.

COVID-19 qarşı peyvənd sertifikatı, həmçinin COVID-19-dan sağalmanı təsdiq edən sertifikatı olan şəxslərə qardaş Türkiyənin “qapıları” açıqdır. Amma bu sertifikatlar ən azı 14 gün əvvəl verilməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan hava sərhədlərini BAĞLAYIR? - RƏSMİ CAVAB


Digər Azərbaycan vətəndaşları PCR testin neqativ nəticəsi və COVID-19 anticisimlərinin ekspress-testinin neqativ nəticəsini təqdim etməklə Türkiyəyə səfər edə bilərlər.

Lakin birinci testdən keçmək üçün ən uzağı 72 saat, ikincidən isə ən uzağı 48 saatlıq müddət qoyulur. Bu tələb 6 yaşdan kiçik sərnişinlərə aid deyil.  

Rusiyada Azərbaycan vətəndaşlarından “COVID pasportu” tələb etmir. Yalnız son 72 saat ərzində mənfi nəticəli PCR testi tələb olunur. Bu sənəd rus və ingilis dilində çap edilməlidir. 

Azərbaycan vətəndaşları Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam vurulmasını (iki doza) təsdiqləyən sənədi təqdim etdikləri təqdirdə, ölkəyə daxil ola bilərlər. Sənədlər ingilis dilində olmalıdır.

Ukraynaya səfər şərtləri bir qədər ağırdır.  Bunun üçün Ukraynada qeydiyyatdan keçmiş sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 əleyhinə müalicə, müşahidə ilə əlaqədar xərcləri qarşılayan və Ukraynada qaldığı müddətdə etibarlı sayılan sığorta polisi (sertifikatı) olmalıdır.

Həmçinin aşağıda qeyd edilən sənədlərdən biri olmalıdır: 

- ÜST tərəfindən təsdiqlənmiş COVID-19 əleyhinə peyvəndlərlə - Pfizer / BioNTech, Johnson & Johnson's Janssen, AstraZeneca / Covishield (Hindistan), AstraZeneca / SKBio (Cənubi Koreya), Moderna, Sinopharm, CoronaVac (Sinovac) - tam peyvəndləmə kursunun keçirildiyini təsdiqləyən sənəd və ya girişdən ən çox 72 saat əvvəl həyata keçirilmiş SARS-CoV-2 anticisimləri (RAT) üçün sürətli test və ya girişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi barədə arayış.

12 yaşına çatmamış şəxslər üçün test və ya peyvənd sertifikatı tələb edilmir.

Böyük Britaniyaya daxil olan və ya tranzitlə səyahət edən Azərbaycan vətəndaşları COVID-19 testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər. 

PSR-test Birləşmiş Krallığa uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır. 

Azərbaycan vətəndaşları İsrailə birbaşa reysdən ən gec 24 saat əvvəl www.gov.il saytında "Giriş Bəyannaməsini" doldurmalı və Səhiyyə Nazirliyindən elektron icazə almalıdırlar.

Sərnişinlər İsraildə öz hesablarına COVID-19 üçün PCR testindən keçməlidirlər. 

Birləşmiş Ərəb Əmirliklərinə səyahət qaydalarına gəlincə, sərnişinlər koronavirus infeksiyasına dair PCR testinin neqativ nəticəsi barədə çap olunmuş tibbi arayışı təqdim etməlidirlər.

PCR testi Dubay hava limanına uçuşdan ən çox 72 saat əvvəl verilməlidir. Arayış ərəb və ya ingilis dilində çap olunmalıdır. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin