Səhiyyə Nazirliyində bu vəzifə ləğv edildi, yenisi yaradıldı

Hazırda oxunan: Səhiyyə Nazirliyində bu vəzifə ləğv edildi, yenisi yaradıldı

36028

Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, indiyədək mövcud olan Baş mütəxəssis institutu mütəxəssis-ekspertlərlə əvəz olunacaq.  

Dəyişikliyin edilməsində əsas məqsəd müraciət hallarının daha operativ şəkildə araşdırılması, şəffaflığın, səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq standartların tətbiqindən ibarətdir.
 

MÖVZU İLƏ BAĞLI:

“Vaxt itirməyin” - Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ


Mütəxəssis-ekspertlərin vəzifələrinə tibbin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq; tibbi innovasiyaların öyrənilməsində və onların praktikada tətbiqində iştirak etmək; kodlaşdırma proseduru və müvafiq sahə üzrə ölüm səbəbinin seçilməsi üçün metodik təlimatları hazırlamaq; səhiyyə müəssisələrinə təşkilati-metodik və konsultativ yardım göstərmək və digər məsələlər aiddir.

Qeyd edək ki, mütəxəssis-ekspertlər könüllü olaraq yazılı razılıq əsasında səhiyyə naziri tərəfindən 3 il müddətinə təyin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin