Avropa Məhkəməsi 2010-cu ilin parlament seçkisindən 11 şikayəti araşdırır

Hazırda oxunan: Avropa Məhkəməsi 2010-cu ilin parlament seçkisindən 11 şikayəti araşdırır

36015
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökuməti ilə 2010-cu ilin parlament seçkisində namizədlərin hüquqlarının pozulması haqqında 11 şikayət üzrə kommunikasiyalara başlayıb. Dövləti məhkəməyə sabiq namizədlər Tofiq Yaqublu, Sərdar Cəlaloğlu, Bəxtiyar Hacıyev, İlqar Hüseynli, Nəriman Yəhyayev, Gözəl Bayramova, Nemət Əliyev, Salman İmanlı, Sahib Kərimov, Arzu Səmədbəyli, Həsən Kərimov verib.
 
Hüquqşünas İntiqam Əliyevin “Turan”a verdiyi məlumata görə, ərizəçilər seçki zamanı saxtalaşdırmalardan, o cümlədən hakimiyyətin qanunsuz müdaxiləsindən, inzibati resurslardan hakim partiyanın xeyrinə istifadədən, ayrı-seçkilikdən şikayət ediblər. Məhkəmə hökumət qarşısında qoyduğu sualları cavablandırmaq üçün 2014-cü ilin fevralın 7-nə qədər vaxt qoyub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin