Bakı və Kiyev arasında “Qardaşlaşmış şəhərlər” statusu haqqında saziş üzərində son tamamlanmaq üzrədir.
Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Kiyev şəhər Dövlət Administrasiyasından məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
"Rəsmi Kiyev və Bakı çətin dövrdə bir-birini dəstəkləyən müttəfiqlərdir" – Ukraynalı deputat
Saziş iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracaq. 1997-ci ildən bu günədək Bakı ilə Kiyev arasında əməkdaşlığa dair saziş mövcuddur.
İmzalanacaq yeni saziş iki şəhər arasında ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara cavab verəcək.
Sazişin yaxın zamanlarda imzalanacağı gözlənilir.
Bizim.Media