Saakaşvilinin həbs təhlükəsi real deyilmiş...

Hazırda oxunan: Saakaşvilinin həbs təhlükəsi real deyilmiş...

35988

Ötən gün Gürcüstan prezidentinin həbs təhlükəsi barədə Qərbdəki dostlarını əvvəlcədən məlumatlandırmaq üçün ölkəni tələm-tələsik tərk etməsi xəbəri Azərbaycan mətbuatının da əsas mövzularından oldu. Görəsən Mixail Saakaşvilinin həbs təhlükəsi realdırmı? onun kimi bir adam cinayətkar ola bilərmi?

Əslən Gürcüstandan olan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə Moderator.az-a açıqlamasında bu xəbərlərin reallıqda öz əksini tapmayacağı qənaətində olduğunu bildirdi: "Onu həbs etmək haqda bəyanatlar siyasi pressinq kimi dəyərləndirilə bilər və qeyri ciddidir. Çünki Gürcüstan anayasası və demokratik prinsiplər bu cür davranışı yasaq edir. Yeni prezident Marqvelaşvili siyasi təqiblərə yol verməyəcəyini bəyan etdi. Baş nazir isə görünür şəxsi problemlərini səlahiyyətindən sui-istifadə etməklə yerinə yetirmək istəyir. Əgər gerçək belə bir istəyi varsa, bundan Gürcüstan və demokratiya əziyyət çəkə bilər. İnanmıram ki, proseslər arzuolunmaz istiqamətdə inkişaf etsin. Yeni prezidentin yerinə ola bilmərəm. Amma prezident olsam bu situasiyada normal iqtidar-müxalifət münasibətlərinin qurulması və daha çox əfv və barış  xəttinə önəm verərdim. Sakkaşvili indi ana müxalifət rolundadır və bu imkanlardan yararlanmağa önəm verəcək. Düşünürəm ki, "müxalifət necə olmalıdır" sualına da cavab axtarmağa çalışacaq. Saakaşvili sanki demokratiya müəllimi funksuyasını yerinə yetirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin