Zakir Həsənovun “Facebook” səhifəsi saxta çıxdı

Hazırda oxunan: Zakir Həsənovun “Facebook” səhifəsi saxta çıxdı

35928
Müdafiə Nazirliyi yeni nazir Zakir Həsənovun "Facebook"dakı səhifəsi ilə bağlı açıqlama verib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev bildirib ki, müdafiə nazirinin adına yaradılmış "Facebook" səhifəsi saxtadır:

"Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun adına yaradılmış “Facebook” səhifəsi saxtadır. Cənab nazirin adına heç bir "Facebook" səhifəsi yoxdur".

Qeyd edək ki, bir neçə gün bundan əvvəl "Facebook" sosial şəbəkəsində "general-polkovniki Zakir Həsənov" adında səhifə yaradılıb və mətbuatda bu barədə məlumat gedəndən sonra səhifə yığışdırılıb. Dünəndən etibarən sözügedən səhifə yenidən eyni adla görünməyə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin