Alim Qasımovun kürəkəninə hökm oxundu - Uzunmüddətli həbs...

Hazırda oxunan: Alim Qasımovun kürəkəninə hökm oxundu - Uzunmüddətli həbs...

35893

Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamova hökm oxunub.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə E.Mövlamov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl qeyd edilib ki, Elnur Mövlamov zərərçəkmişlərdən Rəşadət Fərzəliyevə dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq olub.

Daha sonra dövlət ittihamçısı çıxış edərək, Elnur Mövlamova 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

Alim Qasımov: "Heç kəs ailə həyatımıza qarışmasın"


Elnur Mövlamov isə Rəşadət Fərzəliyevlə barışdığı halda ona 180.2.4 maddəsi ilə ittiham elan olunmasını düzgün saymayıb. O, yalnız 178.3.2 maddəsi ilə özünü qismən təqsirli bilib. 

Oğurluqda ittiham olunan E.Mövlanovun cinayət işi üzrə Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyev zərərçəkmiş qismində tanınıb.

Məhkəmənin qərarı ilə Elnur Mövlamov ittiham olunduğu hər iki maddə üzrə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, T.Aslanovaya dəymiş 51620 manat ziyanla bağlı mülki iddia təmin edilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin