Zakir Həsənov Əbiyevin üç köməkçisini işdən azad etdi

Hazırda oxunan: Zakir Həsənov Əbiyevin üç köməkçisini işdən azad etdi

35805

Müdafiə Nazirliyində ciddi kadr dəyişiklikləri davam etdirilir 

AzNews.az-a daxil olan məlumata görə, yeni təyin olunan müdafiə naziri Zakir Həsənov ciddi kadr dəyişikləri aparıb. O nazirin üç köməkçisini işdən azad edib. Artıq işdən çıxarılanların yerinə yeni təyinatlar da var. Bu barədə məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə saxladıq.O, bu barədə məlumatı, nə təkzib, nə də təsdiq etdi. “Hazırda mən məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam”. Daha sonra naziliyin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin