Sabiq iqtisadi inkişaf naziri, prezidentin son əfv fərmanı ilə azadlığa çıxan Fərhad Əliyev elmi fəaliyyətlə məşğul olacaq.
Avropa.info-nun eks nazirin yaxınlarından əldə etdiyi məlumata görə, Fərhad Əliyev Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərəcək. Məlumatlı mənbə bildirib ki, Fərhad Əliyev həbs edildikdən sonra əlində qalan biznesinin idarəçiliyi ilə paralel olaraq Dövlət İqtisad Universitetində müəllim kimi calışmasına isti yanaşır. Xəbərdə o da qeyd olunub ki, bu barədə artıq onun özünə təklif irəli sürülüb və sabiq nazir də bununla razılaşıb.
Həmçinin qeyd olunur ki, İqtisad Univeristetində müəllim kimi calışmaq qərarını verməklə F.Əliyev öz reputasiyasının bərpa etmək və gələcək perespektivləri göz altına alıb.
Qeyd edək ki, Fərhad Əliyev 2005-ci ildə həbs olunmşdu. Sabiq nazirə 10 il həbs cəzası verilmişdi. F.Əliyev bu ilin oktyabrında Qurban bayramı ərəfəsində Respublika prezidentinin əfv sərəncamı ilə azadlığa çıxıb.































































































