Azərbaycan - Portuqaliya oyununa COVİD pasportu tələbi qoyulacaqmı? - RƏSMİ CAVAB

Hazırda oxunan: Azərbaycan - Portuqaliya oyununa COVİD pasportu tələbi qoyulacaqmı? - RƏSMİ CAVAB

35777

Sabah Bakı Olimpiya Stadionunda futbol üzrə Dünya Çempionatının seçmə məhələsi çərçivəsində Azərbaycan – Portuqaliya oyunu keçiriləcək. 

Qeyd edək ki, bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Belə ki, AFFA və Qarabağ Dirçəliş Fondu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, seçmə mərhələ çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI


İanə olunan məbləğ işğaldan azad olunan ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafına sərf olunacaq.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Bizim.Media-ya açıqlamasında indiyədək 19 min biletin satıldığını deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə əlaqədar olaraq oyuna stadionun tutumunun 50%-i qədər azarkeş buraxılması nəzərdə tutulur:
 
“Stadiona girişdə COVID pasportu tələbi qoyulmayacaq. Amma stadiona girişdə azarkeşlərin bədən temperaturu ölçüləcək”.

Azarkeşlərin stadiona getməsi üçün ekspress marşurut xəttlərinə ehtiyac olmayacaq. Firuz Abdulla bildirib ki, Avropa oyunlarından fərqli olaraq bu oyun həftənin sonuna təsadüf etmədiyindən və ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı problem olmadığından ekspress marşurutlar təyin edilməyib. 

Onun sözlərinə görə, Bakı Olmpiya Stadionunun dayanacağında da hər hansı məhdudiyyət qoyulmayacaq. Azarkeşlər öz avtomobilləri ilə əraziyə daxil ola biləcəklər.

Əlavə edək ki, Azərbaycan – Portuqaliya oyununa biletləri iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.


Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin