Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14:00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Sabah təhsillə bağlı qərar VERİLƏCƏK - RƏSMİ
O bildirib ki, brifinq AzTV, Real TV və Təhsil TV-də canlı yayımlanacaq.
Bizim.Media