Nazirlikdən kadr dəyişiklikləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Nazirlikdən kadr dəyişiklikləri ilə bağlı RƏSMİ AÇIQLAMA

35763

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bütün müşavirlərini vəzifədən azad edilməsi ilə bağlı ölkə mediasında xəbərlər yayılıb.

Qeyd olunan dəyişikliklərlə bağlı nazirliklə əlaqə saxladıq.

ETSN-in mətbuat katibi İradə İbrahimova Bizim.Media verdiyi açıqlamasında sözügedən məlumatların doğruluğunu təsdiqləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu işçilər üçün geyim formaları hazırlanacaq


O, bildirib ki, nazirin müvafiq əmri ilə Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Xəlil Ramazanov yaşa görə pensiyaya göndərilib. 

Nazirin digər müşaviri Şirinzadə Natiq Əhməd oğlu başqa dövlət qurumunda fəaliyyətə başladığı üçün işdən azad olunub.

Nazirin digər müşaviri Xaliqverdi Hüseynov isə Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdir əvəzi təyin olunub.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin