Sabah yeni tədris ili ilə Təhsil naziri Emin Əmrullayevin çıxışı gözlənilir. Çıxışda təhsilin hansı formada başlayacağı ilə bağlı qaydalar açıqlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Facebook” hesabında məlumat verib.
O, “Dərslərlə bağlı nazir nə zaman danışacaq?” sualına “sabah” deyə cavab verib. Ardınca isə özü bir qədər sonra bu barədə məlumat verəcəyini vurğulayıb.
Qeyd edək ki, yeni tədris ilinin başlanmasına 9 gün vaxt qalıb. Tədrisin isə ənənəvi, distant, yaxud hibrit formasında keçiriləcəyi ilə bağlı heç bir qayda açıqlanmayıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:55 / 06.09.2021
Sabah təhsillə bağlı qərar VERİLƏCƏK - RƏSMİ
Hazırda oxunan: Sabah təhsillə bağlı qərar VERİLƏCƏK - RƏSMİ
Hazırda oxunan: Sabah təhsillə bağlı qərar VERİLƏCƏK - RƏSMİ
35743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.