Müdafiə Nazirliyində kütləvi təmizləmə əməliyyatı
aparılır. Yeni nazir demək olar ki, bütün strukturlara əl gəzdirmək
niyyətindədir. Moderator.az-a daxil olan məlumata görə qurumun
mətbuat xidmətində də dəyişikliklər aparılacaq və tanınmış hərbi ekspert Üzeyir
Cəfərov da bu quruma təyinat alacaq.Əldə etdiyimiz xəbərlə bağlı Ü. Cəfərova müraciət
etdik. Ekspert bildirdi ki, bu barədə məlumatı yoxdur, amma belə bir təklif
edilsə, dəyələndirərdi: “Mən də inanmaq istərdim ki Azərbaycanın ilk
peşəkar hərbi jurnalist kadri kimi yeni nazir mənim də bilik və bacarığımdan
istifadə etsə, etiraz etmərəm. Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, mən
bir müddət MN-nin Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqə və məlumatın yayılması
şöbəsinin rəisi olmuşam. Hər halda bu il dekabrda 50 yaşım tamam olur. Əgər
mənə təklif olunarsa, mən yenidən peşəkar zabit kimi hərbi xidmətə qayıdıb öz
bilik və bacarığımı sərf etməyə, ən başlıcası Azərbaycanda MN ilə ictimaiyyət arasında,
mətbuatla olan çox zəif əlaqələri bərpa etməyə hazıram.”


































































































