"Ağdamlıların doğma yurdlarına səfərini böyük qayıdışın bir simvolu kimi görürük".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Xüsusi nümayəndə bildirib ki, 10 noyabr üçtərəfli razılaşmadan sonra, ermənilər Ağdamın azad edilməsinə məcbur edildi:
"Bu tarixi zəfərdən sonra, bəzi infrastruktur layihələrinin icrasına start verildi. Ağdam rayonu bilirsiniz ki, ən çox piyada əleyhinə, tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla ən çox çirkləndirilən rayonlarımızdandır.
MÖVZU İLƏ BAĞLI:
Prezidentin Ağdamdakı xüsusi nümayəndəsindən TVİT - FOTO
Təəssüflər olsun ki, bu nizam işimizdə çox böyük çətinliklər yaradır. Amma buna baxmayaraq işlər çox sürətlə aparılır. Sözsüz ki, vətəndaşlarımızın bura cəlb edilməsi bir vaxt məsələsiydi. Biz bu səfəri böyük qayıdışın bir simvolu kimi görürük.
Yəni, böyük qayıdış, vətəndaşlarımızın öz dədə-baba yurdlarına daimi qayıdacaqları günə qədər davam edəcək.
Vətəndaşlarımız gəlib Ağdamın həm indiki vəziyyətini, burada aparılan quruculuq işlərilə tanış olacaqlar.
Sözsüz ki, bu olduqca vacibdir. Çünki, artıq müəyyən qədər mina təhlükəsini aradan qaldırıldıqca bu səfərləri təhkükəsiz şəkildə təşkil etmək istəyirik və bunu edəcəyik. Bu gün birinci səfərə start verdik. Bu səfərlər davamlı olacaq.
Biz böyük məmnuniyyətlə məcburi köçkünləri azad edilən yerlərə səfərləri üzərində düşünürük. Bunların hamısı olunacaq".
Bizim.Media