Yatmazdan əvvəl bunları edin - SİYAHI

Hazırda oxunan: Yatmazdan əvvəl bunları edin - SİYAHI

0:00
0:00
35597

Yatmazdan öncə bəzi qulluq üsullarından istifadə edərək günə daha inamlı başlamaq mümkündür. 

Bizim.Media xəbər verir ki, cilddəki bəzi problemlər gün ərzində narahatlıq yaratmaqla yanaşı özünə olan inamın da sarsılmasına səbəb olur. Xüsusən xanımlar dərilərinin hamar və gözəl görünməsini istəyir.

Ev şəraitində aşağıdakıları edərək daha güclü dırnaqlara və gözəl dəriyə sahib ola bilərsiniz. 

1. Bir neçə damla lavanda yağını kokos yağı və balla qarışdırıb dırnaqlarınıza çəkin. Bu qarışım dırnaqlarınızı daha möhkəm edərək qırılmasının qarşısını alacaq. Bu prosedura dırnaqlarınızdakı boyanı sildikdən sonra tətbiq edərək gecə boyunca nüfuz etməsinə imkan verin. 

2. Burun və ya çənə bölgəsindəki qara nöqtələrdən qısa müddətdə xilas olmaq üçün bu maskanı hazırlayın. 

1 çay qaşığı isti su, 1 xörək qaşığı un və 1 çay qaşığı balı qaba əlavə edib qarışdırın. Pambıq və ya parça bezlə problemli bölgəyə çəkin. 10-15 dəqiqədən sonra durulayın. 

2. Çiy kartofdan hazırlanan kompreslə qoltuqaltındakı ləkələrdən qurtulmaq mümkündür. Kartofu kəsib, təxminən yarım saat qoltuq altında saxlayıb durulayın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin