Qəzəbinizi belə idarə edin - ÜSULLAR       

Hazırda oxunan: Qəzəbinizi belə idarə edin - ÜSULLAR       

35593

Əsəbi insan böyük günahları çox rahat şəkildə işlədə bilir. Ancaq sonradan özünə gələn zaman nə qədər insanın ürəyini sındırdığını dərk edir.  

Bizim.Media həmin üsulları təqdim edir:

Məsumlar (ə) bizə qəzəbimizi kontrol etməyi tövsiyə edir və bunun üçün yollar göstərirlər.

Hədislərin birində oxuyuruq ki, nə zaman qəzəblənsən Peyğəmbərə (s) salavat göndər və de: "Allahım, günahlarımı bağılşa! Qəzəbimi aradan apar! Məni şeytandan qoru!". 

Başqa yerdə oxuyuruq ki, nə zaman qəzəb səni əhatə, etsə de: "Əuzubilləhi minəş-şeytanir-racim". 

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman qəzəblənsən, sükut et və ya halını dəyiş. Yəni, əgər ayaq üstəsənsə, əyləş. Əgər əyləşmisənsə, ayağa qalx". 

Soyuq su ilə dəstəmaz və qüsl almaq da qəzəbi yatızdıra bilən amillərdəndir. 

Meysər nəql edir ki, İmam Baqirin (ə) yanında qəzəbdən söz düşmüşdü. Həzrət (ə) buyurdu: "Həqiqətən, o zaman ki, kişi qəzəblənər, cəhənnəmə daxil olmamış razı olmaz". ( Yəni, günaha batmamış qəzəbi sakitləşməz). 

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təalaya ən sevimli yol - iki qurtumladır: bir qrutum qəzəbdir ki, səbirlə geri qaytarılar. Bir qurtum müsibətdir ki, səbirlə əlac olunar. O kəs ki, qəzəbini yatızdırar, Allah onun eyblərini gizlədər". 

İmam Sadiq (ə) buyurur: "Hər kim meyl, qorxu, həvəs, qəzəb zamanı özünü saxlayar, Allah bədənini cəhənnəm atəşinə haram edər". 

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim insanlara deyil, əmmarə nəfsinə qəzəblənərsə, Allah ona Qiyamət gününün dəhşətindən aman verər". 

İmam Sadiq (ə) buyurur: "Elə bir bəndə yoxdur ki, qəzəbini yatızdırsın, məgər o halda ki, Allah Təala onun dünya və axirət izzətini artırar". 
 
Allah Təala buyurar: "(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir". ("Ali-İmran" 134). 

İmam Baqir (ə) buyurur: "Hər kim ona əməl edə biləcəyi halda qəzəbini yatızdırarsa, Allah Qiyamət günü ürəyini imanla doldurar". 

Qəzəb elə bir bəladır ki, həm cismə və həm də ruha mənfi təsri qoyar. İnsanı əbədi bədbəxtliyə düçar edər. Yəni insan öldürər və ya özünə zərər vura bilər. Qəzəblənən insan dəliyə bənzəyər və özünü kontrol edə bilməz. Ona görə də hər bir müsəlman öz qəzəb qüvvəsinə hakim olmalı və onu kontrol etməyi bacarmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin