Qənirə Ataş Türkiyə ilə Azərbaycan münasibətlərində soyuqluq yaratmaq istəyənlər haqda danışdı - ADLAR

Hazırda oxunan: Qənirə Ataş Türkiyə ilə Azərbaycan münasibətlərində soyuqluq yaratmaq istəyənlər haqda danışdı - ADLAR

3559

26 noyabr ANS TV-nin (Azerbaijan News Service) yayıma çıxdığı gündür. Bununla bağlı ANS-in məşhur siması, jurnalist Qənirə Ataş facebook səhifəsində maraqlı paylaşım edib. O, statusunda Türkiyə və Azərbaycan arasında “bayraq böhranı”ndan sonra yaranan soyuq münasibətlərdən, Rəcəb Tayyib Ərdoğanla çətinliklə baş tutan müsahibəsindən, Ramiz Mehdiyevin Türkiyənin Baş nazirinin mükafatlandırlmasına qoyduğu qadağadan söz açıb.

Bizim.Media həmin statusu sizə olduğu kimi təqdim edir:

Bu gün ANS-in ad günüdür! ANS-lə bağlı ikisini yazacam. Yox hələlik birini yazım. Oxuyanlarada maraqlı olar! HƏQİQƏTİ indi demək olar.

Türkiyə ilə Azərbaycan arasında bayraq krizindən sonra Azərbaycan mətbuatı bütün qapılarını Türkiyənin üzünə bağlamışdı. (O böhranı yaradanlar sırasında yer alan həmkarlarım, siz daha yaxşı xatırlayırsız) Bundan əvvəl “Kürd açılımı” ilə bağlı Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğandan iki dəfə müsahibə almışdım. Sayın Ərdoğanın o zamankı Baş müşaviri Yıldırım Ramazanoğlu mənim 0624 nömrəmə zəng edib belə bir fikir söylədi.

Sayın Baş Bakanımız səninlə danışmaq istəyir.

“Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirik. Lakin Azərbaycan mətbuatı bizdən müsahibə almır. Hətta AZTV-nin Ankara bürosunu bu iş üçün aradıq yox cavabını aldıq” dedi.

Məsləhətləridə oldu: “Əgər müsahibəni almağa cəsur olacaqsansa, reportaj baş tutanadək Azərbaycanda kimsə bilməməlidir”. İlk olaraq Seyfulla müəllimə, sonra Vahid müəllimə bildirdik. ANS-də Türkiyə sevgimdən çoxunun xəbəri var idi. Dərk edirdimki Türkiyəsiz bizə yaşamaq asan olmayacaq. Bu sevgimə görə hətta “Türkiyəyə işləyirəm” kimi tənələr alırdım. Bu xəbəri Vahid Mustafayevə ehtiyyatla demişdim. Çünki onun ağılındanda belə bir fikir keçə biləcəyindən narahat olurdum. Amma rəhbərlik düşündüyümün əksini etdi. Həmən “geri zəng et, sabah gələcəyini de” cavabını aldım. Səhəri gün yola çıxdım. ANS sərhəddə şübhə yaratmayım deyə məni Türkiyəyə kamerasız yola saldı. Operator və kameranı Ankara-dan kirayə etdilər.

Beləliklə tarixi müsahibəni aldım.(Müsahibədən sonra həm də rəhmətlik Çingiz və onun Xoçalıda çəkdiklərini geniş müzakirə etmişdik. R.T.E ANS və onu idarə edənlərlə yaxından maraqlanmışdı) Bayraq krizindən sonra Azərbaycanla Türkiyənin münasibətlərinin düzəldən ANS vasitəçiliyi ilə gizli diplomatiyanın əsas funksionerlərindən olduğum üçün xoşbəxt idim. (Bu hadisənin şahidi olan millət vəkillərimizdə var. Özlərinin razılığı olmadan adlarını çəkə bilmirəm) Aldığım müsahibənin iki nüsxəsi çıxarıldı. Birini özümlə, digərini başqa bir yüklə Azərbaycana gətirdim. ANS heç bir rəsmi orqana bildirmədən axşam Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın o məşhur müsahibəsini efirdə yayımladı.



Müsahibənin həmən ardınca Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Baş Nazirinə zəng etmişdi. (ANS müsahibənin orjinal tarixini yaya bilər,AZƏRTAC-dan o tarixdən zəng xəbərinin detalalrını oxuya bilərsiz) Gecə evimə xoşbəxt dönürdüm. Çünki iki qardaş ölkənin münasibətləri yaxşılığa doğru addımlayırdı.

Yıldırım Ramazanoğlu mənə zəng etdi. “Qızım, sayın Baş Bakanımız təşəkkürü var” söylədi.

Artıq Türkiyə Baş Bakanlığı ilə gözəl jurnalist əlaqələri qurmuşdum və Türkiyədəki Azərbaycan və regionla bağlı tədbirlərə dəvət olunurdum. Elə həmən il ANS Çingiz Mustafayev fondunun təsis etdiyi ilin adamı mükafatını Türkiyə Prezidentinə vermək istədi. Vahid müəllim məni çağırıb Türkiyəyə bu təklifi çatdırmağımı xahiş etdi. Artıq Türkiyə Baş Nazirinin digər köməkçilərini də tanıyırdım. (Kamal Öztürklə indi də yaxın dostlarıq.) Türkiyə Baş Naziri ANS-in dəvətini qəbul etdi. Hətta təxmini proqram da qurduq.

Türkiyənin Baş Naziri ANS-ə gələcəkdi, efirimizdə canlı qonaq olacaqdı. Amma ANS-in içində Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə işləyənlərdə vardı. Göydə uçan quşlar, xəbəri ona çatdırmışdı.

O isə Azərbaycanda Türkiyə liderinə belə bir mükafat verilə bilməz qadağasını qoydu. Mən Türkiyə Baş Nazirinə “bağışla biz bunu indi bacarmadıq” xəbərini çox utanaraq, xəcalət çəkərək demişdim. Türkiyə Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan həqiqətən böyük liderdir. O təfərrüatları soruşmadan sadəcə “qızım olur belə şeylər,dərd etmə” demişdi.

Bir müddət sonra İstanbulda Azərbaycan və Türkiyə Prezidentlərinin birgə mətbuat konfransı əsnasında “kızımız zekidir” deməklə ANS-in əməyini qiymətləndirmişdi.

Azərbaycanla Türkiyənin əlaqələri bayraq krizindın sonra heç bir böhrana girmədən çox gözəl inkişaf etdi. O qədər inkişaf etdiki biz artıq döyünən bir ürək olduq. İnşallah bu münasibətlər sonsuza qədər belə davam edəcək. Yazdıqlarım, bu gün qapıları bağlı olan ANS-in Azərbaycan dövlət üçün etdiklərindən sadəcə biridir.

Ad günün mübarək ANS!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin